Bloklanan əmanətlər bu tarixdən qaytarılacaq - Açıqlama | Banco.az

Bloklanan əmanətlər bu tarixdən qaytarılacaq - Açıqlama

Əmanətlərin Sığortalanması Fondu Konstitusiya Məhkəməsinin qərarı barədə açıqlama yayıb. 

Açıqlamada bildirilir ki, ləğv prosesində olan “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müraciət əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilmişdir. 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən ləğv prosesində olan “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanət hesab edilmiş, həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildiririk ki, sözügedən əmanətlərin qaytarılmasına 14 avqust 2020-ci il tarixdən başlanılacaqdır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et