Biznesin maliyyələşməsində yeni alətlər | Banco.az

Biznesin maliyyələşməsində yeni alətlər

Dos. Aydın Hüseynov, Azərbaycan Bank Tədris Mərkəzi eksperti

Biznesin maliyyələşməsində yeni alətlər

Klassik maliyyələşmə alətləri olan dövriyyə vəsaiti və ya avadanlıq alışı üçün kredit, kredit xətti və s. kimi məhsullar əksər hallarda girov və ya ipoteka ilə təmin olunduqlarından sahibkarlar və iş adamları tərəfindən yetəri qədər istifadə oluna bilmir. Bunun əsas səbəblərdindən biri sahibkarın alacağı kredit üçün girov qismində təklif edəcəyi daşınar və daşınmaz əmlakın yetəri qədər olmamasıdır. Bu kimi hallarda inkişaf etmiş ölkələrdə çox sıxlıqla istifadə olunan Strukturlaşdırılmış ticarət maliyyələşməsi (Structured trade finance) alətlərindən istifadə edilir.

Strukturlaşdırılmış ticarət maliyyələşməsi

Strukturlaşdırılmış ticarət maliyyələşməsi alətində kreditin fiziki olaraq girov ilə təmin olunmaması sahibkara öz pul axınlarından istifadə edərək maliyyələşmə imkanı yaradır. Misal olaraq, sahibkar öz debitor borclarını (alacaqlarını) banka təminat göstərərək, güzəştə gedərək və ya sataraq həm debitor borclarını vaxtından əvvəl almış olur həmdə biznesi üçün ehtiyacı olan dövriyyə vəsaitini təmin etmiş olur. Bir başqa misal olaraq isə sahibkar almış olduğu hər hansı bir sifarişi icra etməsi üçün vəsaitə ehtiyac duyduqda almış olduğu şifarişi bir növ banka təminat edərək sifarişin həyata keçirilməsi üçün zəruri olan maliyyələşməni əldə edəbilər.

Strukturlaşdırılmış ticarət maliyyələşməsi alətləri aşağıdakılardır:

  1. İnvoys maliyyələşməsi
  2. Sifarişin və ya müqavilənin maliyyələşməsi
  3. Anbar maliyyələşməsi
  4. Faktorinq ilə maliyyələşmə
  5. Əks faktorinq ilə maliyyələşmə
  6. Forfeytinq ilə maliyyələşməsi

Bu yazıda inkişaf etmiş ölkələrdə intensiv olaraq isfitadə edilən Təchizat zənciri maliyyələşməsi (Supply chain financing) alətlərindən olan İnvoys maliyyələşməsi (invoice financing) və Sifariş maliyyələşməsi (contract financing) alətlərindən bəhs edəcəm.

İnvoys maliyyələşməsi aləti

İnvoys maliyyələşməsi, şirkətlərin və sahibkarların alıcılara, borclulara, debitorlara qarşı pul tələblərinin Bank tərəfindən maliyyələşdirilmədir. Bir başqa ifadə ilə, invoys maliyyələşməsi, satıcının, istehsalçının mal və ya xidmət satışından yaranmış alacaqlarının, debitorlarının vaxtından əvvəl alınması üçün bir maliyyə alətidir. İnvoys maliyyələşməsinin mahiyyəti ondan ibarətdir ki, bank öz müştərisinin alacaqlarını (debitor borclarını) maliyyələşdirir və daha sonra alıcılar ödəniş etdiyi zaman müştərinin borcunu silir.

İnvoys maliyyələşməsi prosesi aşağıdakı kimi baş verir:

Ən sərfəli kredit üçün müraciət et

  • satıcı mal və ya xidməti möhlətli satır
  • satıcı banka alqı-satqı müqaviləsini, invoysları/fakturları və təhvil-təslim aktını təqdim edir
  • bank 90 günə qədər debitor borcunun 90%-nə qədərini satıcıya ödəyir
  • müqavilə üzrə möhlət müddəti bitdikdən sonra alıcılar satıcının pulunu ödəyir
  • bank müştərinin (satıcının) borcunu silir

Sifarişin maliyyələşməsi aləti

Sifarişin maliyyələşməsi, şirkətlərə və sahibkarlara verilən sifarişlərin yerinə yetirilməsi məqsədilə Bank tərəfindən müştərinin maliyyələşdirilməsidir. Bir başqa ifadə ilə, sifariş maliyyələşməsi, satıcıya, istehsalçıya mal və ya xidmət sifarişinin həyata keçirilməsi üçün təqdim olunan bir maliyyələşmə alətidir. Sifariş maliyyələşməsinin mahiyyəti ondan ibarətdir ki, bank öz müştərisinə edilən sifarişlərin təmin olunması üçün onu maliyyələşdirir və daha sonra sifarişçinin, alıcının ödəniş etdiyi zaman müştərinin borcunu silir.

Sifarişin maliyyələşməsi prosesi aşağıdakı kimi baş verir:

  • alıcı mal və ya xidməti satıcıya sifariş verir
  • satıcı banka alıcı ilə bağlanan alqı-satqı müqaviləsini, sifariş və ya xidmət orderini təqdim edir
  • satıcı eyni zamanda banka öz satıcısı ilə bağlanan alqı-satqı müqaviləsini və fakturanı təqdim edir
  • bank 180 günə qədər sifariş tələbinin 80%-nə qədərini satıcıya ödəyir
  • satıcı alıcının sifarışını yerinə yetirir
  • sifariş yerinə yetirildikdən sonra alıcı satıcının pulunu ödəyir
  • bank müştərinin (satıcının) borcunu silir

Göründüyü kimi invoys maliyələşməsi alətində təminat olaraq invoyslar, fakturalar, sifariş maliyyələşməsi alətində isə təminat olaraq sifariş və ya alqı-satqı müqaviləsi çıxış edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et