İdeyanız var, artıq onu gerçəkləşdirir və pul qazana bilirsiniz. Amma kiçik bir dəstək olsa daha çox qazanacağınıza əminsiniz. Yalnız bu halda biznes krediti üçün müraciət etməyiniz məsləhətdir. Çünki heç nə etmədən və biznesə başlamadan, yəni ortaya qoçağınız bir iş olmadan kredit üçün müraciət etmək çətindir. Çünki Banklar da ortaya qoyulmuş bir işə baxmaq istəyəcək.
Son zamanlar Mərkəzi Bankın təzyiqi və istehlak kreditlərinin nisbətən sıxışdırılması bankları öz biznes kredit portfellərinə yenidən baxmağa sövq edib. Indi bir çox banklar aktiv şəkildə bu sahədə kampaniyalar həyata keçirirlər.
Sizi həmin kampaniyalar və bankların şərtləri ilə tanış etmək istərdik.
Bəs əslində hansı kredit daha sərfəlidir?
Bank |
Kampaniyanın şüarı |
Faiz |
Müddət |
Məbləğ |
Komissiya |
Bank of Baku |
22-32% |
36 ay |
30.000 USD-yə qədər |
1+ 30 USD |
|
Unibank |
24 %- 36 % |
12-36 ay |
200 -30.000 AZN |
1%+1% |
|
AccessBank |
16-24% |
60 ay-a qədər |
30.000 -400.000 USD |
1% |
|
RabitaBank |
16%-20% |
60 aya qədər |
15.000 AZN-dən yuxarı |
0.6% + 1%- |
|
23%-26% |
6-36 ay |
500 – 15 000 AZN |
0.6% + 1%- |
||
Bank Respublika |
25% |
36 aya qədər |
20 000 AZN |
3% |
|
Yapı Kredi Bank Azərbaycan |
Şərtlər yalnız müştəri ilə danışıqlardan sonra müəyyən olunur |
||||
ExpressBank |
23%-dən başlayan |
36 aya qədər |
500-15000 AZN |
0% |
|
DəmirBank |
19%-dən (aylıq 1,58%-dən) |
36 aya qədər |
500 - 100 000 AZN |
1% |
|
Parabank |
20-25% |
12 - 60 ay |
10000 - 100000 AZN |
0% |
|
VTB Azərbaycan |
26-30% |
24-48 ay |
1000 - 20 000 AZN |
1% |
Cədvəldə kreditlər üzrə ilkin məlumatlar verilib, təbii ki, hər bir müştəri üçün faiz fərdi qaydada, onun istədiyi məbləğ və müddətə uyğun olaraq tərtib edilir. Hazırda Expressbank və Parabank qeyd edilən krediti komissiya xərci olmadan verir. Digər banklarda isə komissiya götürülən məbləğdən asılı olaraq dəyişə (arta) bilər.
Bir çox banklarda bu kreditlər üzrə güzəşt müddətləri də mövcuddur. Daha ətraflı öyrənmək üçün cədvəldəki kampaniyanın adına klik edə və bankla əlaqə saxlaya bilərsiniz.