Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Biznes sferasında “turnaround” yəni dönüş ümumiyyətlə biznesin böhrandan, çətin vəziyyətdən və ya uğursuzluq təhlükəsindən qurtulduğu prosesə aiddir. Bu proses maliyyə problemləri, aşağı satışlar, artan xərclər, idarəetmə zəifliyi və ya rəqabət təzyiqi səbəbindən biznes çətin vəziyyətdə olduqda tətbiq edilir.
Banco.az xəbər verir ki, bu barədə açıqlama verən biznes sahəsi üzrə konsultant Anar Bayramov düşünür ki, belə çətin vəziyyətdən çıxmaq üçün adətən steykholderlərin (işçilər, müştərilər və s.) dəstəyinə ehtiyac olur. Mütəxəssis bildirib ki, bu dəstəyi qazanmaq üçün onlarla düzgün kommunikasiya qurmaq lazımdır:
“Əgər rəhbərlik çətin günlərdə işçilərin dəstəyini almaq istəyirsə, səhv etdiyini etiraf edib, düzəltmək iradəsini ortaya qoymalıdır. Bu halda rəhbərə işçilərin dəstək vermək ehtimalı çox artacaq.
Eyni hal müştərilərə də aiddir. Çünki şirkətdəki problemlərə görə xeyli müştəri itirmək riski var. Bu halda rəhbərlər səhvlərinin fərqinə vardıqlarını etiraf etsələr, müştərilərin inamını yenidən qazana bilərlər. Ümumiyyətlə, “turnaround” üçün etiraf etmək çox önəmlidir”.
Qeyd edək ki, geridönüş prosesi hər bir biznes üçün fərqli ola bilər və çox vaxt təcrübə və strateji idarəetmə tələb edir. Uğurlu dönüş biznesi böhrandan çıxara və gəlirlilik və böyümə yoluna qaytara bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!