Biznesdə planlama nə üçün vacibdir? – "Nokia" kitabının müəllifindən açıqlama | Banco.az

Biznesdə planlama nə üçün vacibdir? – "Nokia" kitabının müəllifindən açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az 

Biznes mühitində planlama vacib amillərdəndir. Bir çox böyük və kiçik olmasından asılı olmayan şirkətlərin uğurunun sirri  düzgün planlama sistemidir.

Biznes və strateji idarəetmə üzrə konsultant Seymur İlyasov Banco.az-a bu barədə açıqlama verib.

O bildirib ki, uğurlu istehsalat və xidmət sahələrində planlama və qrafikləndirmə nəticəsində şirkətlərin inkişafı uğurlu, gəliri isə bol olur:

“Planlama biznesin həcminə təsir etməklə bərabər məhsul və ya  xidmətlərin ömrünün idarə edilmə şəklini də kəskin surətdə dəyişir. Planlama metodunu hər hansı bir şirkəti analiz etmədən və ya mövcud vəziyyəti təyin etmədən tətbiq etmək effekt vermir. Bu iş mütləq qaydada spesifik yanaşma tələb edir. Çünki siz proses zamanı bir səhv etsəniz, onun effekti  daha böyük olur”.

Ekspert qeyd edib ki, dünya təcrübəsinə baxdıqda, görə bilərik ki, “Toyota”, “Wolmart”, “Mc.Donalds” və s. kimi şirkətləri uğurlu və böyük edən də marketinqi deyil, düzgün planlamadır:

Ən sərfəli kredit üçün müraciət et

“Məsələn, statistikalara nəzər salsaq, görərik ki, son beş ildə startapların 98 faizi ya yarımçıq qalıb,  ya da qazanc əldə edə bilməyərək iflasa uğrayıb. Səbəb ya düzgün qurulmayan zəif planlama, ya da, sonrakı illərdə tətbiq olunacaq planlamanın hazır olmamasıdır. Bir çoxları düşünür ki, planlama sahəsində sənayemiz çox şaxəli deyil,  xaricdə öyrəndiyimiz təcrübə və metodların əksəriyyətini burada tədbiq edə bilmirik. Bu tamamilə yanlış yanaşmadır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et