Etika bizə nəyi etməli olduğumuzu göstərir. Sosial etika insanların cəmiyyətdə düzgün davranış qaydalarını, işgüzar etika isə müvafiq olaraq insanların biznesdə davranış qaydalarını öyrənir. Qeyd edək ki, biznesdə qısamüddətli və uzunmüddətli perspektivlərin mənfəəti arasında böyük bir fərq mövcuddur. Etik normalardan boyun qaçırmaq ola bilsin ki, doğurdan da qısamüddətli mənfəət gətisin, ancaq uzaq perspektivdə olan biləcək ziyan – ani xeyirdən daha güclü ola bilər.
Biznesdə etik davranış nə üçün “mənfəətli” olması səbəblərini gözdən keçirək.
Birincisi, qeyri-etik davranış şirkətin nüfuzuna islaholunmaz zərbə vura bilər və bu da şirkətin bazardan sıxışdırılıb çıxarılması ilə nəticələnə bilər.
İkincisi, etik prinsiplərə riayət etməyən şirkət səmərəli idarəetmə sisteminə malik ola bilməz.
Üçüncüsü, şirkətin nüfuzu potensial investorlar üçün çox vacib rol oynayır.
Dördüncüsü, etik normaların olmaması gec və ya tez faciə ilə nəticələnir və bundan sonra, adətən, bu sahədə dövlət tənzimlənməsi sərtləşir.
Beşincisi, yüksək ixtisaslı mütəxəssislər nüfuzu ləkələnmiş şirkətdən uzaq olmağı üstün tuturlar.
Altıncısı, etika mənfəətin artmasına imkan yaradır. Mütəxəssislərin hesablamalarına görə, “köhnə tərəfdaşları saxlamaq yenilərini qazanmaqdan 5 dəfə ucuz başa gəlir".