ABŞ-ın "US News & World Report" jurnalı sahibkarlıq üçün dünyanın ən yaxşı ölkələrinin reytinqini hazırlayıb.
Reytinq 78 ölkədə 76 fərqli göstərici üzrə 17 mindən çox insanın iştirak etdiyi sorğuya əsaslanır.Siyahının lideri Yaponiya olub, Almaniya və ABŞ isə ikinci və üçüncü yerləri bölüşdürüb. Reytinqin ilk beşliyinə Böyük Britaniya və Cənubi Koreya daxil olub. Reytinqin ilk onluğunu isə Kanada, İsveçrə, Sinqapur, Çin və İsveç tamamlayır.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!