Biznes təqdimatlarında iddialısınız? | Banco.az

Biznes təqdimatlarında iddialısınız?

Öz ideyalarınızı səhmdarlarla bölüşərkən və ya kompaniyanız daxilində satışla bağlı, eləcə də digər məqsədlərlə görüş təşkil edərkən, təqdimatla çıxış etmək lazım gəlir. Təqdimatınızın uğurlu alınması topladığınız materialın nə qədər keyfiyyətli olmasından asılıdır. Əgər siz təqdimata yaxşı hazırlamısınızsa onda, əla nəticə əldə edəcəksiniz. Amma təqdimatdakı materialların keyfiyyəti ilə yanaşı, onların düzgün təqdim olunması da böyük əhəmiyyət daşıyır. Yəni çıxışınızdan çox şey asılıdır.

Çıxışınıza məğrurqluq və şarm qatsanız, dinləyicilər sizdən razı qalacaq. Əks təqdirdə qızıl kimi materialı heçə çevirə bilərsiniz.

Buna görə də sizə, təqdimat zamanı əməl etməli olduğunuz bədən dili kələklərini öyrədəcəyik.

Superman duruşunu sınayın. Çıxışa başlamazdan bir neçə dəqiqə əvvəl, hamam otağında və ya digər tək qala biləcəyiniz istənilən yerdə güzgünün qarşısına keçin. Qamətinizi mümkün olduğu qədər şux saxlayın, bu duruşunuza əminlik gətirəcək. Qələbə rəmzi kimi əlinizi başınızın üstünə də qaldıra bilərsiniz.

Qamətiniz çox önəmlidir. Mümkün qədər şux dayanın, bu çıxışınız zamanı yalnız düzgünləri söylədiyinizin göstəricisidir. Əllərinizi bədəninizə dolamasanız və ya cibinizə qoymasanız yaxşı olar. Həmçinin ayaqlarınızı kəsişdimək və ya divara söykənmək də yaxşı hal sayılmır.

Ən sərfəli kredit üçün müraciət et

Auditoriyanın gözlərinə baxın. Göz kantaktı çox vaci amildir. Iş intervyuları və satış prosedurunda olduğu kimi, təqdimat zamanı da bu amil böyük rol oynayır. Təbii ki, siz zaldakı bütün şəxslərin bir-bir gözlərinin içinə baxa bilməzsiniz. Yaxşı olardı ki, ən vacib insanları seçib, onlara diqqət yetirəsiniz. Bu baxışma bir neçə saniyəni keçməməlidir.

Mümkün olduğu qədər gəzişin. Unutmayın, səhnə sizindir. Orda istədiyiniz qədər hərəkət edə bilərsiniz. Çünki əvvəldən axıra kimi bir yerdə dayanıb danışmaq dinləyicini yora bilər. Gəzişmək isə sizə daha əmin və təbii imic bəxş edəcək. Həmçinin bu səsinizin müxtəlif istiqamətlərdə paylanmasını da asanlaşdıracaq.

Əlləriniz hərəkətsiz qalmasın. Təqdimata dad qatan elementlərdən biri də əl hərəkətləridir. Əllərinizdən istifadə etməklə siz əsas fikirləri daha rahat ötürə bilərsiniz. Amma jestikadan həddən çox istfadə etmək də sizə əsəbi və gərgin görkəm verə bilər. Həmçinin eyni jestdən dəfələrlə istifadə etmək də yaxşı hal sayılmır.

Üz ifadəsinin tez-tez dəyişməsi arzuolunan deyil. Mimikamız məqsədimizdən, səmimiyyətimizdən və düzgünlüyümüzdən xəbər verir.

Təbii ki, bu sadalanan bədən dili üsulları kifayət deyil. Lakin onların hər birini sınaqdan keçirin. Buna dostlarınızın və ya iş yoldaşlarınızın qarşısında çıxış etməkdən başlayın.

Ən sərfəli krediti almaq üçün müraciət et