Biznes seminarı keçirilmişdir | Banco.az

Biznes seminarı keçirilmişdir

“Synergy Group”a daxil olan "Cybernet" şirkəti oktyabrın 27-də "Mont Azərbaycan" şirkəti ilə birgə "Kaspersky" və "VMware"in region üzrə rəhbərlərinin iştirakı ilə biznes seminar keçirmişdir.

Qeyd edək ki, “VMware” şirkəti cari ildə “Cybernet” şirkəti ilə tərəfdaşlıq statusunun yüksəldilməsinə dair qərar vermişdir. Belə ki, “Cybernet” şirkəti ilə əməkdaşlıq “VMware” məhsullarının və texnologiyalarının təbliğində, peşəkər(sertifikalı) mütəxəssis kadrların hazırlanmasında və müvafiq olaraq satışların artırılmasında böyük rol oynamışdır.

Virtualizasiya və İT təhlükəsizlik sahəsində əlverişli həlləri ilə tanınmış "Kaspersky" və "VMware" şirkətlərinin nümayəndələri seminar iştirakçılarına müvafiq mövzuların aktuallığından danışmış və virtualizasiya sahəsində olan məhsullara yüksək tələbatı vurğulamışlar. Tədbirdə bu həllərin uğurlu tətbiqini nümayiş etdirən və müştərilərin iştirakı ilə çəkilmiş videomateriallar nümayiş olundu. Dövlət qurumlarında, bank sektorunda, habelə fərdi sahibkarlıq sahəsində tədbiq olunmuş müasir texnologiyalardan məlumat verildi. Həllərin tətbiqi nəticəsində elektrik enerjisi, xidmət, administrativ xərclərin kəskin azaldılması vurğulanmış, həmçinin  yeni avadanlıqların daha az vəsaitlə əldə edilməsi nəzərə çatdırılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Seminarda “Cybernet” şirkətinin virtualizasiya və İnformasiya təhlükəsizlik platformalarının tətbiq etdiyi müştəri-şirkətlərin nümayəndələri də iştirak etmişlər.

"Kaspersky" və "VMware" şirkətlərin nümayəndələri yerli bazara təklif etdikləri məhsulların üstünlüklərindən söz açmışlar.

Biznes seminarın yekununda “Cybernet” və “Kaspersky” şirkətləri  arasında tərəfdaşlıq statusunun yüksəldilməsinə, “enterprise” həllər və virtual platformalarda informasiyaların qorunmasına, habelə İT təhlükəsizliyin Azərbaycanda tədbiq və təmsil etmək üçün razılaşma əldə olunmuş və müvafiq sazişinin imzalanması məqsədilə işçi qrupunun dekabr ayında Bakıya növbəti səfəri planlaşdırılmışdır.