Biznes sahibləri devalvasiya zamanı necə davranmalıdır? | Banco.az

Biznes sahibləri devalvasiya zamanı necə davranmalıdır?

İstər böhran istərsə də sabitlik dövründə riskləri əvvəlcədən nəzərə almaq və düzgün davranış strategiyası qurmaq kimi çətinliyin öhdəsindən gəlmək heç də bütün biznes sahiblərinə qismət olmur. Devalvasiyanı biznes üçün sınaq dövrü də adlandırmaq olar.

Mərkəzi Bank fevral ayında milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə  33.4 faizlik kəskin devalvasiya etdi. Sözsüz ki , bu kəskin devalvasiya  biznes sahiblərindən, banklardan və xarici valyutada kredit götürmüş vətəndaşlardan yan keçmədi və  valyuta riskini nəzərə almayan bizneslər və eyni zamanda da xarici valyutada kredit götürmüş  vətəndaşların problemləri ortaya çıxdı. - Bu haqda fikirlərini bizimlə bank sahəsi üzrə mütəxəssis Daşqın Həmidzadə bölüşüb.

Hamıya məlumdur ki, devalvasiya  daha çox vətəndaşlara təsir edir və onlar bu prosesdən daha çox əziyyət çəkir. Belə ki, devalvasiya

  •  inflyasiyanın artım tempini sürətləndirir;
  •  idxal edilən məhsulların və komponentlərinin qiymətini qaldırır,
  • xarici borcların real dəyəri artdığı kimi xarici valyutada kredit götürmüş vətəndaşların da real kredit borcunu  artırır;
  • eyni zamanda bu prosesin nəticəsi olaraq ixtisarlar başlayır və işsizlik artır;
  • nəticədə isə  yoxsulluq yaranır.

Buna görə də bizneslər hər zaman ətrafda baş verə biləcək proseslərə tab gətirə biləcək şəkildə təşkil edilməli və hərtərəfli inkişaf etdirilməlidir.

 

Biznes kreditləri  - insanlara yeni biznesə başlamaq, mövcud biznesi genişləndirmək, biznesdə istifadə olunacaq avadanlıqları almaq, xammal almaq və s. məqsəd ilə verilir. Yəni vəsait yeni bir işə yatırılır ki, siz də gələcəkdə həmin işdən daha çox səmərə götürəsiniz. Bizneslərin inkişaf etdirilməsinə bunun nəticəsində isə vətəndaşların sosial vəziyyətinin yüksəldilməsinə xidmət edən kredit növlərindən biri Mikro kreditlərdir ki, bu növ kreditlər nisbətən daha kiçik məbləğli biznes kreditləri hesab olunur və ev təsərrüfatı və ya bizneslə məşğul olan şəxslərə verilir. Bu kreditlərin məbləği 100 AZN (USD)-dən başlayır və təxminən 16 000 AZN-ə qədər verilən kreditlər mikro kredit hesab olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Mikro kreditlər daha çox bank olmayan kredit təşkilatlarının məşğuliyyət sahəsidir. Amma fiziki və hüquqi şəxslərə mikro kredit verən bankların sayı da az deyil.

Sənədləşdirmə zamanı vətəndaşlardan əsasən aşağıdakılaar tələb olunur.

  1. Şəxsiyyət vəsiqəsi (surəti) və şirkətin təsis sənədləri paketi (nizamnamə, qeydiyyat sənədləri və s. - surəti)
  2. Vergi orqanlarına təqdim edilmiş son hesabatların surəti
  3. Kredit tarixçəsini təsdiqləyən sənədlər
  4. Girov qismində təklif olunan mülkiyyət üçün sənədlər (daşınmaz əmlak/avtomobil/avadanlıq)

Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyü və bizneslərin zəiflədiyi və  problemlə qarşılaşdığı bu dövrdə ilk növbədə ağıla gələn şey xərclərin azaldılması olur.

Bu düşüncə əslində səhv olmasa da biznesin inkişafı baxımından elədə fayda vermir. Yaxşı olardı ki, hər kəsin eyni cür düşünüb eyni addımı atdığı bu şəraitdə vəziyyət düzgün qiymətləndirilsin və biznesi inkişaf etdirə biləcək istiqamətlərdə düzgün investisiyalar edilsin.

Çünki hər kəsin xərclərini azaltdığı zaman  təklif və xidmətləri bazardan daha ucuz qiymətə almaq olar. Məsələn bizneslərdə satışı artıracaq marketinq vasitələrini və reklam xərclərini  real bazar vəziyyətində daha ucuz qiymətə əldə etmək olar ki, bu da biznesin böhran dövründə kəskin şəkildə inkişaf etməsinə şərait yarada bilər. Buna görə də biznesi idarə edən şəxs həm də güclü analitik olmalıdır ki, çətin şəraitdə hansı müştəriyə hansı şəkildə təklif verə biləcəyini və həmin məhsulu müştəriyə hansı şərtlərlə və necə çatdıracağını düzgün analiz edə bilsin.