Biznes mühitində yaxşı lider necə olmalıdır? – Ekspertlərdən analiz | Banco.az

Biznes mühitində yaxşı lider necə olmalıdır? – Ekspertlərdən analiz

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Biznes sahəsində qarşıya qoyduğunuz məqsədlər və onlara necə nail olmaq barədə təsəvvürünüz yoxdursa, nəticə əldə edə bilmək mümkünsüz olur.

İdarəetmədə yaxşı lider iş mərhələsində problemləri həll etmək üçün  lazım olan resursları müəyyənləşdirməlidir.Təbii ki, tək planlaşdırma bütün xəyallarınızın gerçəkləşəcəyinə zəmanət deyil. İcra zamanı plana düzəlişlər və əlavələr tələb olunacaq.

Banco.az xəbər verir ki, mövzu barədə fikirlərini bölüşən biznes konsultant Anar Bayramov hesab edir ki,  idarəçilər böyük portreti görməyi bacarmalıdırlar.

“Bu, strateji düşünə bilmək qabiliyyəti çox önəmlidir. Bununla yanaşı, detalları gözardı etmək olmaz. Bəzi idarəçilərdə problem budur ki, detallara fikir vermirlər. Biznesdə bir çox şeylər detallarda gizlənib. Detallara nüfuz edəndə yeni üfüq açılır. Bir çox hallarda müştəri-müştəri, məhsul-məhsul və s. yanaşmalara ehtiyac olur ki, ümumi nəticələr yaxşılaşdırılsın. Bu halda problemlərin əsas səbəbini də daha düzgün şəkildə tapa bilirik”.

İqtisadçi ekspert Elçin Rəşid isə düşünür ki, şirkətlər bir sıra qabiliyyətlərini inkişaf etdirə bilsələr bu onların inkişaflarına təkan verəcək:

Ən sərfəli kredit üçün müraciət et

“Ümumiyyətlə, insan gözü anadangəlmə məcazi desək ya mikroskopla ya da teleskopla təchiz oluna bilir. İkisi birdən gəlmir.  Müşahidə zamanı birincilər dərhal detalları, ikincilər isə bütöv olanı görürlər. Bu qabiliyyətlərini inkişaf etdirib şirkətdə birincilər yaxşı mühasib, ikincilər yaxşı satış mütəxəssisi olurlar.

Satış mütəxəssisi mühasibi detallarda ilişib qalan, mühasib də satış mütəxəssisini detalların mahiyyətini görə bilməyən hesab edir. İkincilər daha çox optimist və avantürist, birincilər isə realist və pessimist ola bilir”.

Ekspert deyir ki, onlar  şirkət daxilində "fərqli dillərdə" danışır,  birincilər dərhal mahiyyətə - detallara keçir, ikincilər isə ümumi mənzərəni söhbətin ya təqdimatın əvvəlində tələb edirlər:

“Birincilər ümumi mənzərəni yalnız sonda görürlər. Bunun üçün söhbətə sonda xülasə vermək gərəkdir, ikincilər isə görmədən detallara və mahiyyətə keçə bilmirlər. Bu iki tip adamlar şirkətdə təbii olaraq fərqli şöbələrə yerləşirlər və bir-birlərini sevmirlər.

Belə bir vəziyyətdə rəhbər özündə iki əks səriştə yaratmalıdır.

Bu xüsusiyyət  anadangəlmə ola bilməz. Deməli, müdir olmaq istəyən bilərəkdən uzağı və yaxını görə bilməlidir. Bu ona  həm bütöv mənzərəni, həm də təfərrüatları görə bilmək üçün lazımdır. Təəsüf, ölkədəki müdirlər iki qütbdən birinə məxsusdur, nəticədə şirkətdə balanslı baxış, mühit və qərarvermə yarana bilmir.Yaxşı müdir yalnız hər iki səriştəyə malik olub balans gətirməklə optimal nəticəyə nail ola bilər”.

Ən sərfəli krediti almaq üçün müraciət et