Biznes kreditlərinin 2.6 mlrd. manatı mikro sahibkarlara verilib | Banco.az

Biznes kreditlərinin 2.6 mlrd. manatı mikro sahibkarlara verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il yanvar ayının 1-i tarixinə 12 milyard 616 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 1,6% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 378 mln. manatı və ya 3%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 6 mlrd. 251 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 149 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 585 mln. manatı kiçik sahibkarlığa, 2 mlrd. 629 mln. manatı isə mikro sahibkarlığa verilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et