Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb | Banco.az

Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorlar üçün iştirakçıların seçiminə başlayıb.

Bu məqsədlə keçirilən müsabiqədə Quba-Xaçmaz və Aran iqtisadi rayonlarına daxil olan şəhər və rayonlarda yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqəyə sənədlərin qəbulu 25 dekabr 2019-cu il tarixinədək aparılacaqdır. Sənəd qəbulu başa çatdıqdan sonra namizədlərin qiymətləndirilməsi üçün müsahibə keçiriləcək. Nəticədə gənclər, qadınlar və sosialyönümlü layihələr üzrə rezidentlərin üç qrupu formalaşdırılacaqdır.

Müsabiqə ilə bağlı ətraflı məlumatı KOBİA-dan, eləcə də Agentliyin Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB dostlarından əldə etmək olar:

http://smb.gov.az/news/kobia-biznes-inkubatorlar-ucun-istirakcilarin-secilmsin-baslayib

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən olunmuş müvafiq tədbirlərin icrası məqsədilə yaradılmış biznes inkubatorlar Quba-Xaçmaz və Aran iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinə başlayanların təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi istiqamətlərində fəaliyyət göstərir. Biznes inkubatorlarda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclərə güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş ofislər verilir və onlara ödənişsiz maarifləndirmə tədbirləri, investisiya layihələrinin və biznes planların hazırlanması, biznesin təşkili və idarə edilməsi ilə bağlı sistemli və davamlı konsaltinq və informasiya xidmətləri göstərilir.

Ən sərfəli krediti almaq üçün müraciət et