Bitkoinin yaradıcısı dünyanın ən varlı 15-ci insanı oldu | Banco.az

Bitkoinin yaradıcısı dünyanın ən varlı 15-ci insanı oldu

Tamara Mustafayeva, Banco.az

Bazar dəyəri baxımından dünyanın ən dəyərli kriptovalyutası hesab edilən bitkoinin (BTC) yaradıcısının şəxsi sərvəti ilə bağlı məlumatlar meydana çıxıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bitkoini yaradan şəxs kimi tanınan, ancaq kim olduğu hələ də dəqiq bilinməyən Satoshi Nakamoto bu kriptovalyuta növünün son dövrlərdə bahalaşması nəticəsində dünyanın ən varlı 15-ci insanına çevrilib.

Nakamotonun xalis sərvətinin 73 milyard dollar olduğu və 750 min - 1,1 milyon aralığında bitkoinə sahib olduğu bildirilib. Proqnozlara görə, ilin sonunadək bitkoinin 100 min dollardan bahalaşması halında, Nakamotonun dünyanın ən varlı 10 insanından biri olacağı vurğulanıb.

Qeyd edək ki, kimliyi dəqiq bəlli olmayan Nakamotonun 5 aprel 1975-ci il təvəllüdlü Yaponiyada yaşayan bir adam olduğu iddia edilir. Digər fərziyyələrə görə isə o, Amerikada və ya Avropada yaşayan yapon olmayan bir kriptoqrafiya mütəxəssisi və kompüter alimidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et