Tamara Mustafayeva, Banco.az
Bitkoinin qiymətinin 100 min dollara qədər bahalaşacağı yenidən gündəmə gəlib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, bitkoinin qiyməti iyul ayında müşahidə edilən 30 min dollarlıq minimumdan 50%-lik artımla yenidən 45 min dollara yüksələrkən analitiklər bu kriptovayutanın 100 min dollara çatacağını iddia etməyə başlayıblar.
Səhər saatlarında stabilliyini saxlayan bitkoin hazırda 45 min 600 dollara icra edilir.
Qeyd edək ki, hələ də bitkoinin ucuzlaşmasına səbəb olan amillər, məsələn Çinin kriptovalyuta mayninqini qadağan etməsi və ABŞ-ın vergiqoyma prosesini tənzimləmə hazırlığında olması kimi gündəm mövzuları öz aktuallığını saxlayır.
Bizi sosial şəbəkələrdən izləyin!!