Bitkoinin qiyməti yeni rekorda imza atdı | Banco.az

Bitkoinin qiyməti yeni rekorda imza atdı

Tamara Mustafayeva, Banco.az

Ötən həftə 50 min dollar səviyyəsini keçən Bitkoin bazar günü növbəti rekorda imza ataraq 58 min dollardan bahalaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən qiymət artımı Tesla və digər şirkətlərin Bitkoin ilə ödəniş qəbul edəcəklərinə dair qərarın ardınca reallaşıb. Bununla da bu kriptovalyuta növünün 2021-ci ilin yanvar ayından bəri 90%-lik yüksəlişlə ümumi bazar dəyəri 1 trilyon dolları keçməyə müvəffəq olub.

Xatırladaq ki, bitkoinin qiyməti ilin əvvəlində 28 min 900 dollar təşkil edirdi. Yanvar ayının əvvəlində sürətlə 40 min dollar səviyyəsini keçən bitkoin ayın sonunda isə yenidən 30 min dollara qədər ucuzlaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et