Bitkoinin qiyməti yenə rekord vurdu | Banco.az

Bitkoinin qiyməti yenə rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Bitkoin yeni rekorda imza atıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Bitkoinin qiyməti 62 min dollardan bahalaşmaqla növbəti dəfə rekord vurub. Bu rekord göstəricidən sonra kriptovalyuta birjasında ümumi yüksəliş dinamikası qeyd alınıb.

Təqribən 5%-lik yüksəlişlə 63 min 179 dollar səviyyəsinə çataraq yeni rekorda imza atan Bitkoinlə yanaşı, Ethereum və Litekoin də öz rekordlarını yeniləyərək müvafiq olaraq 2 min 220 və 266 dollara qədər bahalaşıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et