Müəllif:Mehin Qasımova/Banco.az
Bitkoinin qiyməti dekabrın 3-dən bəri ilk dəfə 40 min dollardan aşağı düşüb.
Banco.az xəbər verir ki, Coindesk platformasının məlumatına görə, ticarət sessiyası zamanı bitkoinin dəyəri 4,34% azalaraq 39,859 min dollar təşkil edib.
Qeyd edək ki, Bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən “minalana” (verilə bilər).
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satoshi Nakamoto təxəllüsü ilə onun müəllifi tərəfindən nəşr edilib.Bitkoinin populyarlığı yalnız son illərdə zirvəyə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!