Bitkoinin qiyməti 65 min dollardan aşağı düşüb | Banco.az

Bitkoinin qiyməti 65 min dollardan aşağı düşüb

Müəllif:Mehin Qasımova/Banco.az

Bitkoinin qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FED) qarşıdakı dövrdə atacağı addımlarla bağlı qeyri-müəyyənliklər səbəbilə ucuzlaşaraq 65 min dolların altına düşüb.

Banco.az xəbər verir ki, Coinmarketcap analiz şirkətinin məlumatına görə, Bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 6,7 faiz azalaraq 2 trilyon 460 milyard dollara düşüb.

Analitiklər bildirirlər ki, Bitkoin və digər kriptovalyutaların qiymətlərindəki eniş FED-in iyun ayında faiz dərəcələrini azaltmağa başlayacağına dair gözləntilərin azalması və təqvimlə bağlı qeyri-müəyyənliyin artması ilə bağlıdır.

Bitkoinin son 24 saatda qiyməti 7,4 faizdən çox ucuzlaşıb.

Bazar dəyərinə görə 2-ci yerdə olan Ethereum, son 24 saatda dəyərinin yüzdə 10-a yaxınını itirərək 3 min 242 dollar səviyyəsinə düşüb.

Qeyd edək ki, Ethereum da 2021-ci ildə 4800 dollardan yuxarı qalxaraq rekord qırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram