"Bitcoin" virtual kriptovalyutanın qlobal bazarda qiyməti həftəsonu hərraclarında 9 000 dollar səviyyəsini ötərək 9 724 dollar - tarixi rekord səviyyəsinə yüksəlib.
Son 3 iş günü ərzində (qeyd edək ki, bitkoin hərracları həftəsonu da keçirilir) bitkoinin qiyməti 20% artım göstərib.
Hazırda 9 690 dollar səviyyəsində qərarlaşan bitkoinin yaxın günlərdə 10 000 dollardan baha satılacağı istisna edilmir. Qlobal maliyyə bazarında gözlənilən böhran, müxtəlif ölkələrin monetar siyasətinin valyuta məzənnələrində kəskin hərəkətlər yaratması və kapitalın hərəkətinə məhdudiyyətlər bitkoinə tələbi getdikcə artırır. Xatırladaq ki, bitkoinin qiyməti bu ilin əvvəlindən 9,7 dəfə artıb.
Bitkoinlə yanaşı, digər kriptovalyutaların da qiymətində artım qeydə alınıb: "Etherium" 490, "Bitcoin Cash" 1 700, "Bitcoin Gold" isə 400 dollara qədər bahalaşıb.
Mənbə: Report.az