Bitkoin virtual kriptovalyutasının mübadilə məzənnəsi 4 min ABŞ dollarını keçib.
Bu barədə “Coinmarketcap” ticarət meydançasına istinadən xəbər verir.
Məlumatda deyilir ki, bitkoinin məzənnəsi 4 073,85 dollar təşkil edib ki, bu da gündəlik 11,8% artım deməkdir.
Qeyd edək ki, bitkoinin kapitallaşması 67,2 mlrd. dollar təşkil edir. Hazırda dövriyyədə 16,5 mln. bitkoin var.
Avqustun 1-dən bitcoin 2 hissəyə bölünüb. Dövriyyəyə onun nağd forması - “Bitcoin Cash” (BCH) buraxılıb. Hazırda 1 BCH 314 dollara bərabərdir.
Mənbə: Report.az