Bitkoinin bazar dəyəri bu ölkələrin ÜDM-ni geridə qoydu | Banco.az

Bitkoinin bazar dəyəri bu ölkələrin ÜDM-ni geridə qoydu

Dünyanın əsas kriptovalyutası sayılan bitkoinin qiyməti bahalaşmaqda davam edir.

Bitkoinin bazar kapitalizasiyası 192,73 milyard dollara yaxınlaşıb. 

Qeyd edək ki, kriptovalyutanın bazar dəyəri Yeni Zelandiya, Rumıniya, Əlcəzair kimi ölkələrin ÜDM-dən çoxdur. Hazırda dünya üzrə cəmi 49 ölkənin ÜDM bitkoinin bazar dəyərindən yüksəkdir. 

Qeyd edək ki, bitkoinin qiyməti 11 min 392 dollardır. Bu valyuta  2,7 faiz bahalaşıb. 

Ən sərfəli kredit üçün müraciət et

Ethereumun məzənnəsi də hərəkətlidir. Bu kriptovalyutanın dəyəri 463,61 dollar təşkil edir. Bazar kapitalizasiyası 45,04 milyard dollardır. 

 

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et