Bitkoinin 200 min dollara qədər bahalaşması gözlənilir | Banco.az

Bitkoinin 200 min dollara qədər bahalaşması gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“CleanSpark” şirkətinin baş direktoru Zak Bredfordun sözlərinə görə, ABŞ seçkilərindən sonra bitkoində yüksəliş başlaya bilər.

Banco.az xəbər verir ki, “CleanSpark” bitkoin mayninqi şirkətinin baş direktoru Zak Bredfordun fikrincə, bitkoin yaxın 18 ay ərzində təxminən 200 min dollara qədər yüksələ bilər.

Dünyanın aparıcı rəqəmsal valyutası olan bitkoinin qiymət dinamikası haqqında danışan Bradford bunları deyib:

“Seçkilərdən sonra yanvar ayına qədər bitkoin qiymətlərində mənalı artım görməyə başlayacağıq.”

Bitkoinin uzun bir durğunluq dövründən sonra davamlı yüksəliş göstərəcəyini vurğulayan Bradfordun fikrincə, əlbəttə ki, bunlar makro hadisələrə və digər amillərə tabedir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et