Müəllif: Tamara Mustafayeva, Banco.az
Bitkoin yeni həftəyə rekordla başlayıb.
Banco.az xəbər verir ki, ən dəyərli kriptovalyuta olan bitkoinin qiyməti ilk dəfə olaraq 71 min dolları ötüb.
Məlum olduğu kimi, ETF-lərin təsdiqindən sonra bitkoində sürətli artım müşahidə olunur. Sonuncu göstərici ilə bu kriptovalyuta növündə ilin əvvəlindən bəri qeydə alınan dəyər artımı 67 faizə çatıb.
Böyük mərkəzi bankların bu il faiz dərəcələrini azaltmağa başlayacağı və daha dəstəkləyici pul siyasətinə doğru hərəkət edəcəyi ilə bağlı proqnozlar da bitkoinin bahalaşmasını dəstəkləyib.
Xatırladaq ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) yanvarın 11-də 11 fərqli spot Bitcoin ETF ərizəsini təsdiqləmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!