Bitkoin yenidən ucuzlaşmağa başladı | Banco.az

Bitkoin yenidən ucuzlaşmağa başladı

Tamara Mustafayeva, Banco.az

Təqribən bir həftəyə yaxındır ki, qeyri-stabil dinamikanın müşahidə edildiyi bitkoində yenidən ucuzlaşma qeydə alınıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin günorta saatlarında ötən 24 saat ərzində 4,3% dəyər itirməklə 54 min 730 dollara geriləyib. Bu geriləmədə dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance"ın Çin yuanı ilə açılmış hesabları 31 dekabrdan etibarən ləğv edəcəyini açıqlaması rol oynayıb.

İkinci ən dəyərli kriptovalyuta hesab edilən ethereum isə gündəlik əsasda 0,77% ucuzlaşmaqla 3 min 446 dollara enib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bitkoin ilk dəfə 14 aprel tarixində 64 min 804 dollara qədər bahalaşaraq tarixi rekorda imza atmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et