Bitkoin yenidən ucuzlaşmağa başladı | Banco.az

Bitkoin yenidən ucuzlaşmağa başladı

Tamara Mustafayeva, Banco.az

Bazar ertəsi 3 aydan sonra ilk dəfə 50 min dollar səviyyəsini üstələyən bitkoin daha sonra geriləmiş, dünən isə qısa müddətlik 49 min dollardan bahalaşsa da, mənfəət satışlarından sonra yenidən ucuzlaşmışdı.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 0,8% ucuzlaşmaqla 47 min 750 dollara düşüb. 

Ethereum da oxşar olaraq 0,9%-lik geriləmə ilə 3 min 110 dollara enib.

Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 86-ında dəyər itkisi müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et