Bitkoin yenidən ucuzlaşdı | Banco.az

Bitkoin yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Bitkoin yenidən kritik səviyyəsindən ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 24 saat ərzində 3%-dən çox dəyər itirməklə 49 min 200 dollara qədər geriləyib. Dünən axşam saatlarında 51 min 950 dollara qədər bahalaşan bitkoində dolların qlobal miqyasda güclənməsinin də təsiri ilə bu səviyyədən satışlar reallaşıb ki, bu da, öz növbəsində ucuzlaşmaya səbəb olub.

İkinci ən dəyərli kriptovalyuta olan ethereum da ötən sutka ərzində 3,9% dəyər itkisi ilə 3 min 924 dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 87-sində ötən 24 saat ərzində ucuzlaşma müşahidə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et