Tamara Mustafayeva, Banco.az
ABŞ istiqraz gəlirlərinin azalması və Salvadorun Bitkoini rəsmi valyuta kimi qəbul etməsi fonunda dünən 10%-lik artımla bahalaşan bu kriptovalyuta növündə yenidən ucuzlaşma qeydə alınıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, səhər saatlarında Bitkoin 0,2% geriləmə ilə 36 min 800 dollara qədər ucuzlaşıb.
Altkoinlər də eyni dərəcədə dəyər itkisi yaşayıb. Belə ki, dünən qısa müddətlik 2 min 600 dollar səviyyəsini üstələyən Ethereum daha sonra 2 min 480 dollara düşüb. Dogecoin-dəki geriləmə 3%, Binance Coin-də isə 1,5% hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!