Bitkoin yenidən sürətlə bahalaşdı | Banco.az

Bitkoin yenidən sürətlə bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Səhər saatlarında 60 min dollardan ucuzlaşan bitkoin günortaya doğru sürətlə dəyər qazanaraq 62 min dollar həddini keçib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 24 saat ərzində 2% bahalaşmaqla 62 min 123 dollara yüksəlib.

İkinci ən dəyərli kriptovalyuta olan ethereum da gündəlik əsasda 1,4% dəyər qazanmaqla 4 min 325 dollara qalxıb.

Qeyd edək ki, "Facebook" şirkətinin "metakainat" açıqlanmasından sonra 300%-dən çox dəyər qazanan Decentraland (MANA) kriptovalyutası isə ötən sutka ərzində 18% ucuzlaşaraq 2.75 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et