Bitkoin yenidən kritik səviyyəni keçdi | Banco.az

Bitkoin yenidən kritik səviyyəni keçdi

Tamara Mustafayeva, Banco.az

Bitkoin günorta saatlarında kritik səviyyəni üstələyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin Bakı vaxtı ilə saat 13:55-də gündəlik əsasda 5% bahalaşmaqla 50 min 205 dollara çatıb. Bitkoində axırıncı dəfə bu kritik səviyyə 9 iyul tarixində qeydə alınmışdı. Belə ki, o zaman sözügedən kriptovalyuta növü 51 min 800 dollara qədər bahalaşmağa nail olmuşdu.

Bununla yanaşı, ikinci ən dəyərli kriptovalyuta hesab edilən ethereum da günorta saatlarında gündəlik əsasda 2,1% dəyər qazanmaqla 3 min 410 dollara qalxıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 74-ü dollara qarşı dəyər qazanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et