Tamara Mustafayeva, Banco.az
Bitkoin tarixi günü kəskin ucuzlaşma ilə keçirib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, dünən tarixində ilk dəfə Salvador tərəfindən rəsmi valyuta kimi qəbul edilən bitkoin bu xəbərdən sonra 2%-ə yaxın bahalaşmaqla 53 min dollar səviyyəsinə yaxınlaşmış, ancaq daha sonra sürətlə ucuzlaşmağa başlamışdı. 10%-dən çox geriləyərək 44 min dollara qədər ucuzlaşdıqdan sonra axşam saatlarında 47 min dollara yüksəlmişdi.
Ən dəyərli kriptovalyuta hesab edilən bitkoin hazırda 45 min 112 dollara icra edilir.
Qeyd edək ki, dünəndən bəri digər kriptovalyuta növlərində də dəyər itkisi müşahidə edilir ki, ethereum 3 min 400 dollara, litekoin isə 180 dollara geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!