Tamara Mustafayeva, Banco.az
Bitkoin 20 iyul tarixində 30 min dollar səviyyəsindən ucuzlaşdıqdan sonra bir gün əvvəl 42 min dollara yüksəlmişdi. Ancaq bu səviyyədə uzun müddət davam edə bilməyib yenidən ucuzlaşmağa başlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta olan Bitkoin ucuzlaşma dinamikasını bu gün də davam etdirməklə 38 min 100 dollara çatıb. Ötən 24 saat ərzində bu kriptovalyuta 3,7% dəyər itirib.
Qeyd edək ki, Ethereum da gündəlik əsasda 3% geriləyərək 2 min 460 dollara düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!