Bitkoin yenidən bahalaşmağa başladı | Banco.az

Bitkoin yenidən bahalaşmağa başladı

Tamara Mustafayeva, Banco.az

2017-ci ildə baş tutan "SegWit" yenilənməsindən sonrakı ən müfəssəl yenilənmə olan "Taproot"un reallaşması ilə bitkoin bahalaşmağa başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 24 saat ərzində 2,4% dəyər qazanmaqla 65 min 740 dollara yüksəlib. Daha sonra bir qədər də bahalaşmaqla hazırda 65 min 983 dollara ticarət edilir.

İkinci ən dəyərli kriptovalyuta olan ethereum isə 3% dəyər artımı ilə 3 min 720 dollara çatıb.

Qeyd edək ki, kriptovalyuta birjalarının son günlərdə yaxından izlədiyi "Avalanche" (AVAX) da dəyər artımı dinamikasını davam etdirərək 101 dollarla yeni rekorda imza atıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et