Bitkoin yenidən bahalaşmağa başladı | Banco.az

Bitkoin yenidən bahalaşmağa başladı

Tamara Mustafayeva, Banco.az

Dünən 55 min dollardan ucuzlaşan bitkoin reaksiya yönümlü satınalmalardan sonra səhərə yaxın 58 min dollar səviyyəsini üstələyib, daha sonra isə bir qədər geriləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 3,2% dəyər qazanmaqla 57 min 676 dollara yüksəlib.

İkinci ən dəyərli kriptovalyuta hesab edilən ethereum isə gündəlik əsasda 4% bahalaşmaqla 3 min 640 dollara çatıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən 24 saat ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 78-i dollara qarşı dəyər qazanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et