Bitkoin yenidən bahalaşıb | Banco.az

Bitkoin yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin 3,5 faiz bahalaşaraq 4 gündən sonra yenidən 28 min dolları keçib.

Banco.az xəbər verir ki, 21 aprel tarixində 28 min dollardan ucuzlaşan bitkoin dünən axşam saatlarında yenidən bu səviyyəni üstələyib.

Bu səhərə olan məlumata görə, ən dəyərli kriptovalyuta olan bitkoin ötən sutka ərzində ümumilikdə 3,5% bahalaşaraq 28 min 385 dollar olub. Eynilə, ethereum da 2,1 faiz artaraq 1868 dollara yüksəlib.

Qeyd edək ki, sözügedən bahalaşmalarda ABŞ-ın “First Republic” Bankının açıqladığı balans hesabatından sonra yenidən bank sferası ilə bağlı narahatlıqların yaranması rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et