Müəllif: Tamara Mustafayeva, Banco.az
Bitkoin bir gecədə 16 400 dollardan aşağı düşərək 3 həftənin minimumunu vurub.
Banco.az xəbər verir ki, Fed və Avropa Mərkəzi Bankının (ECB) inflyasiya ilə mübarizə üçün 2023-cü ildə faiz dərəcələrini artırmağa davam edəcəklərini bildirməsi ilə başlayan riskli aktivlərdən qaçış tendensiyası kriptovalyuta bazarına mənfi təsir göstərməkdə davam edir.
Bazar dəyəri baxımından ən dəyərli kriptovalyuta hesab edilən bitkoin dünən gecə 16 min 398 dollara qədər ucuzlaşıb. Səhər saatlarından etibarən yenidən bahalaşmağa başlayan bu kriptovalyuta növü 16 min 790 dollara yüksəlib. Gündəlik artım 0,4% təşkil edir.
Ethereum da bir gecədə 1160 dollara kimi ucuzlaşmaqla 4 həftənin minimumuna geriləyib. Bu səhərə olan məlumata görə, ethereum tez bərpa olunaraq 1205 dollara çatıb. Gündəlik artım isə 2 faizi keçib.
Bizi sosial şəbəkələrdən izləyin!!