Bitkoin yenidən bahalaşdı | Banco.az

Bitkoin yenidən bahalaşdı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin gecə saatlarında 16 min dollardan ucuzlaşıb.

Banco.az xəbər verir ki, bitkoinin “Binance” və “FTX” arasındakı mövcud problemlərlə başlayan ucuzlaşması davam etməkdədir. Belə ki, bazar dəyəri baxımından ən dəyərli kriptovalyuta hesab edilən bitkoinin qiyməti gecə saatlarında ötən iki ildə ilk dəfə olaraq 16 min dollardan aşağı düşüb.

Yeni günə 3%-ə yaxın bahalaşma ilə başlayan bitkoin hazırda 16 min 202 dollara ticarət olunur.

Qeyd edək ki, aparıcı kriptovalyuta birjası “Binance” rəqibi “FTX”i satın almaq qərarından daşınıb və bu da, öz növbəsində qiymətlərə təsir göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et