Bitkoin yenidən bahalaşdı | Banco.az

Bitkoin yenidən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Dünən 61 min dollardan ucuzlaşan bitkoin yeni günə dəyər qazanaraq başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 24 saat ərzində 1% bahalaşmaqla 62 min 20 dollara çatıb. Daha sonra isə cüzi geriləyərək hazırda 61 min 870 dollara ticarət edilir.

İkinci ən dəyərli kriptovalyuta olan ethereum isə gündəlik əsasda 0,5% dəyər qazanaraq 4 min 150 dollara qalxıb.

Qeyd edək ki, ekspertlər bitkoinin növbəti bahalaşma zamanı 90-100 min dollar səviyyələrinə çatacağını proqnozlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et