Bitkoin yenidən bahalaşdı | Banco.az

Bitkoin yenidən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Dünən 6 həftədən sonra ilk dəfə 40 min dollardan ucuzlaşan Bitkoin yenidən bahalaşmağa başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 4,8% dəyər qazanmaqla 44 min 270 dollara yüksəlib.

Ethereum da gündəlik əsasda 8,9% bahalaşmaqla hazırda 3 min 115 dollara icra edilir.

Qeyd edək ki, kriptovalyuta növlərinin sürətlə bahalaşmasında FED-in faiz qərarı ilə yanaşı sədr Cerom Pauelin açıqlamaları da rol oynayıb. O, adətən aktivlər üzrə alqı-satqı əməliyyatlarının iqtisadiyyatın canlanmasında mühüm rol oynadığını, ancaq hazırda bu rolun əsaslı dərəcədə azaldığını vurğulayaraq, "İşçi qüvvəsi üzrə göstəricilər proqnozlara paralel olacağı təqdirdə, noyabr ayında belə aktiv satınalmalarını azaltmağa başlaya bilərik", deyə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et