Müəllif:Mehin Qasımova/Banco.az
Kriptovalyuta bazarlarında yüksəliş müşahidə olunur.
Banco.az xəbər verir ki, mənfəət satışından sonra kriptovalyutalar yenidən yüksəlib.
Ən böyük kriptovalyuta olan Bitkoin 71 min dolları keçib.O, təxminən 10 faiz artıb.
Kriptoaktiv aktiv gün ərzində 71 350 dollara yüksəlib.
Qeyd edək ki, Bitkoin martın 14-də 73 780 dollara qədər bahalaşaraq rekord qırıb.Daha sonra kriptovalyuta zirvədən qazanc satışı ilə təxminən 20 faiz azalaraq 60 min dollar aralığına düşüb. Dünən isə Bitkoin 7 faizdən çox dəyər qazanaraq 10 günün ən yüksək səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!