Bitkoin ucuzlaşsa da, ethereum bahalaşır | Banco.az

Bitkoin ucuzlaşsa da, ethereum bahalaşır

Tamara Mustafayeva, Banco.az

Ötən həftə 3 aydan sonra ilk dəfə 50 min dollar səviyyəsini üstələyən bitkoin daha sonra yenidən ucuzlaşmağa başlamışdı.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 1,9% ucuzlaşmaqla 47 min 140 dollara düşüb. 

Ethereum isə bunun əksinə 1,8% bahalaşaraq 3 min 233 dollara çatıb.

Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 67-ində dəyər itkisi müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et