Bitkoin ucuzlaşmaqda davam edir | Banco.az

Bitkoin ucuzlaşmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kriptovalyuta bazarlarında satış tendensiyası davam edir.

Banco.az xəbər verir ki, bitkoinin 74 min dollara qədər bahalaşmasından sonra satış əməliyyatları davam edib.

Belə ki, ötən 6 günün 5-də ucuzlaşan bitkoin bu gün 5 faizə yaxın itki ilə 63 min 580 dollara düşüb.

Qetd edək ki, ən dəyərli kriptovalyuta olan bitkoin bir həftə ərzində martın 14-də çatdığı 73 min 780 dollar səviyyəsindən təxminən 15 faiz ucuzlaşıb. Bununla belə, bitkoinin qiyməti ilin əvvəlindən 53,5 faiz, son bir ildə isə 136,61 faiz artıb.

İkinci ən böyük kriptovalyuta sayılan etherum isə 4 min 100 dollardan 3 min 306 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et