Müəllif: Tamara Mustafayeva, Banco.az
Kriptovalyutaların qiymətində ucuzlaşma müşahidə olunur.
Banco.az xəbər verir ki, ilk yaranan kriptovalyuta ticarət platformalarından olan ABŞ-ın “Kraken" birjası dünən Yaponiya bazarını tərk etdiyini açıqlamışdı.
“Kraken”in bu qərarı hər hansı iflas xəbəri olmasa da, “FTX” böhranının təsirindən hələ də tam özünə gələ bilməyən kriptovalyuta bazarında dəyər itkilərinə səbəb olub.
Sözügedən açıqlamadan əvvəl 16 min 800 dollardan yuxarı satılan bitkoin bu açıqlamadan sonra 16 min 700 dollardan ucuzlaşıb. Bitkoində gündəlik ucuzlaşma isə 1,3 faizə çatıb.
Ethereum isə 2,1 faiz ucuzlaşaraq 1198 dollara düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!