Bitkoin tarixi rekorddan sonra ucuzlaşdı | Banco.az

Bitkoin tarixi rekorddan sonra ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Çərşənbə günü 66 min 930 dollara qədər bahalaşaraq tarixi rekorda imza atan bitkoin yeni günə ucuzlaşaraq başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin hazırda 63 min 477 dollara ticarət edilir. Bu ucuzlaşmada kriptovalyuta bazarının daxili hərəkət dinamikası rol oynayıb.

İkinci ən dəyərli kriptovalyuta olan ethereum isə gündəlik əsasda 1,5% ucuzlaşaraq 4 min 120 dollara geriləyib.

Qeyd edək ki, ekspertlər bitkoinin növbəti bahalaşma zamanı 90-100 min dollar səviyyələrinə çatacağını proqnozlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et