Müəllif:Ayşən İmanova/Banco.az
Bitkoinin qiyməti tarixi rekord vurduqdan bir neçə saat sonra 5 min dollar ucuzlaşıb.
Banco.az xəbər verir ki, bunu "Binance" platformasındakı ticarət məlumatları sübut edir.
İlk kriptovalyuta 13 noyabr tarixində maksimuma çatıb və bir sikkə üçün 93 409,02 dollar təşkil edib.
Noyabrın 14-də səhər tezdən Bitkoinin məzənnəsi bir neçə min dollar dəyər itirib. Ən aşağı qiymət Bakı vaxtı ilə saat 01:20-də qeydə alınıb - kriptovalyutanın qiyməti bir ədəd üçün 88 276,8 dollar təşkil edib.
Daha sonra Bakı vaxtı ilə saat 11:51-ə olan məlumata görə, Bitkoinin məzənnəsi bir sikkə üçün 90 353,48 dollar təşkil edib.
Qeyd edək ki, bir ay əvvəl Bitkoin məzənnəsi 65-68 min dollar səviyyəsinə yaxın olub.