Bitkoin sürətlə ucuzlaşmağa davam edir | Banco.az

Bitkoin sürətlə ucuzlaşmağa davam edir

Tamara Mustafayeva, Banco.az

Bitkoinin qiyməti ucuzlaşmağa davam edir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bazar ertəsi günü kəskin dəyər itkisi yaşamaqla sürətlə ucuzlaşan bitkoinin gündəlik dəyər itkisi 10%-i keçib. Həftəsonu 59 min dollara qədər bahalaşmaqla növbəti rekorda imza atan bitkoin hazırda 48 min dollardan ucuzlaşıb.

Qeyd edək ki, Bitkoinə sürətlə dəyər qazandıran Tesla şirkətinin rəhbəri İlon Maskın kriptovalyuta üzrə həddindən artıq qiymət artımı olduğuna dair açıqlama etməsindən sonra əksər kriptovalyuta növləri ucuzlaşmağa başlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et