Bitkoin sürətlə bahalaşıb | Banco.az

Bitkoin sürətlə bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin gündəlik 8,7% bahalaşaraq 22 min 455 dollara çatıb.

Banco.az xəbər verir ki, ABŞ-da iflas edən Silikon Vadisi Bankındakı (SVB) əmanətçilərin qorunacağının elan olunçası və FED-in martın 22-də keçiriləcək iclasında 50 baza bəndi əvəzinə 25 baza bəndi faiz artımı qərarı qəbul edəcəyi ilə bağlı proqnozlar fonunda dünyanın ən dəyərli kriptovalyutası olan bitkoin sürətlə dəyər qazanıb. Bununla da, kriptovalyuta ötən həftə qeydə alınan bütün dəyər itkilərini silməyə müvəffəq olub.

Qeyd edək ki, sözügedən yeniliklərə görə kriptovalyuta bazarında ümumilikdə müsbət küləklər əsməkdədir. Belə ki, ikinci ən dəyərli kriptovalyuta olan ethereum da 7,9% dəyər qazanaraq 1605 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Binance Coin 7,4 faiz, Cardano (ADA) 10 faiz, Polygon 6,7 faiz, Dogecoin 5,4 faiz və Solana isə 8,7 faiz bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et