Bitkoin sürətlə bahalaşıb | Banco.az

Bitkoin sürətlə bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin gündəlik 11,6 faiz dəyər qazanaraq 24 min 600 dolları ötüb.

Banco.az xəbər verir ki, bazar ertəsi günü 21 min 500 dollardan ucuzlaşan bitkoin çərşənbə axşamı ABŞ-ın inflyasiya məlumatlarının açıqlanmasından sonra istiqamətini yuxarı çevirib.

Sözügedən məlumatlardan sonra 22 min 200 dolları keçən bitkoin dünən böyük bir sıçrayış edib. Bakı vaxtı ilə 23:10-da 23 min dollar səviyyəsindən bahalaşaraq sürətli alış əməliyyatlarına səbəb olub.

Dünyanın bazar dəyər dəyəri baxımından ən dəyərli kriptovalyutası olan bitkoin bugün səhər saatlarında isə 24 min 700 dollar səviyyəsini üstələyib. Bununla da bitkoində gündəlik artım 11,6 faizə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu səhərə olan məlumata görə, kriptovalyutaların ümumi bazar dəyəri ötən 24 saat ərzində 98 milyard dollar artaraq 1 trilyon 115 milyard dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et