Müəllif:Mehin Qasımova/Banco.az
"Bitkoin qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik səbəbindən bahalaşır".
Banco.az xəbər verir ki, bu sözləri rusiyalı iqtisadçı Konstantin Ordov deyib.
O, bu kriptovalyutanın dəyərinin kəskin artdığını bildirib:
"Hazırda qlobal iqtisadi qeyri-müəyyənlik hökm sürür və bu cür turbulentliyin artması normaldı. Ənənəvi qızıl əvvəllər ona aid edilən antiinflyasiya və antiböhran funksiyalarını yerinə yetirməyi dayandırıb. Kriptovalyutalar və xüsusilə Bitkoin ilə əlaqəli, kriptovalyuta bazarının standartlarına uyğun olaraq vəsait uçqunu var idi. İnstitusional investorlar bu ETF-lərə investisiya qoymağa başladılar və bu, artan tələbat yaradır. Yenə də bazar iqtisadiyyatı və fond bazarının qanunları ona gətirib çıxarır ki, əlavə tələb və xüsusilə Bitcoin-in alınmasına yönəlmiş vəsaitlərin həcmi kotirovkaların artmasına səbəb olur. Digər tərəfdən, biz başa düşürük ki, bu, heç bir tənzimləyicinin nəzarəti altında olmayan mərkəzləşdirilməmiş valyutadır və hazırda çox güman ki, spekulyativdir”.
Qeyd edək ki, Coindesk platformasının məlumatına görə, hərracda Bitkoinin qiyməti 52 min dolları keçib. Bu, 2021-ci ilin sonundan bəri rekord göstəricidir. Kapitallaşma isə bir trilyon dolları keçib. Bu kriptovalyutanın dəyəri ABŞ -da Bitcoin ETF təsdiq edildikdən sonra sürətlə artmağa başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!