Bitkoin ötən 5 ayın ən aşağı səviyyəsinə qədər ucuzlaşdı | Banco.az

Bitkoin ötən 5 ayın ən aşağı səviyyəsinə qədər ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Bitkoin ötən 5 ayın ən aşağı səviyyəsinə geriləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin dünənki geriləməsini davam etdirməklə ötən ilin sentyabr ayından bəri qeydə alınan ən aşağı səviyyəyə qədər ucuzlaşıb. 5%-ə yaxın dəyər itirən bitkoin hazırda 41 min 626 dollara ticarət edilir.

İkinci ən dəyərli kriptovalyuta olan ethereum isə 8,3%-lik geriləmə ilə 3 min 143 dollara enib ki, bu da, 30 sentyabrdan bəri müşahidə edilən ən aşağı səviyyədir.

Xatırladaq ki, bitkoin ötən 3 ay ərzində ümumilikdə 10%-dən çox ucuzlaşmaqla sentyabr ayından sonra ilk dəfə 42 min dollar səviyyəsindən geriləyib. Beləliklə də, bu kriptovalyuta növü noyabr ayında ticarət edildiyi 69 min dollarlıq tarixi zirvədən 40% ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et